"Neftçi"də yeni baş məşqçi

  • 3 Avqust 2026, 17:50

"Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub.

Sportlife.az xəbər verir ki, yunanıstanlı mütəxəssis Konstantinos (Kostas) Vasiliadis ilə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb. Mövsümün sonunda isə sözləşmənin müddəti yenidən dəyərləndiriləcək.

O, son olaraq İspaniyanın "Lusentum Alikante" klubunu (2025-2026) çalışdırıb.

Qeyd edək ki, 42 yaşlı mütəxəssis zəngin basketbolçu karyerası ilə tanınır. O, vaxtilə "Olimpiakos", PAOK, "Unikaxa Malaqa", "Anadolu Efes" və "Bilbao Basket" kimi Avropanın önəmli klublarında çıxış edib. 


Paylaş: