Millimiz Qazaxıstana yollandı

  • 1 İyun 2026, 17:20

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.

Sportlife.az xəbər verir ki, Rövşən Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.

13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.


Paylaş: