Avropa çempionu avtoqraf verdi

  • 8 Sentyabr 2026, 18:11

“Dəniz Mall” Ticarət Mərkəzində cüdo üzrə dünya çempionatına həsr olunmuş fan zonada Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib.
Sportlife.az xəbər verir ki, tədbir zamanı tanınmış cüdoçu azarkeşlərlə görüşüb, onlar üçün avtoqraf imzalayıb və xatirə fotoları çəkdirib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Paylaş: