Polşada 11 medal

  • 31 Avqust 2026, 18:10

Polşanın Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnir başa çatıb.

Sportlife.az xəbər verir ki, böyüklər arasında mübarizə aparan Balabəy Ağayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

U-16 yaş kateqoriyasında Aqil Nağıyev (55 kq), Hüseyn Şıxəliyev (66 kq) və Məhəmmədəli Mehdi (81 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Daha əvvəl U-18 yaş kateqoriyasında yeniyetmə oğlanlardan ibarət yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medal əldə etmişdi.

Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) qızıl, Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medala layiq görülmüşdülər.

Beləliklə, Azərbaycan cüdoçuları beynəlxalq turniri 7 qızıl, 2 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar. Millimiz bu nəticə ilə yarışın ümumi komanda hesabında birinci yeri tutub


Paylaş: