Avropa çempionatı üçün heyət

  • 20 İyul 2026, 12:15

Azərbaycan avarçəkənləri Macarıstanın Seqed şəhərində kayak, kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında keçiriləcək Avropa çempionatına qatılacaqlar.

Sportlife.az xəbər verir ki, qitə çempionatına 4 idmançı qatılacaq. Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoedə isə Hüseyn Səmədli və Tatyana Smilovenko ölkəni təmsil edəcəklər.

Xatırladaq ki, yarış iyulun 23-26-sı aralığında təşkil olunacaq.


Paylaş: