"Feyenoord"un yetirməsi "Neftçi"də?

  • Dünən, 11:40

Niderlandın U-19 millisinin sabiq futbolçusu Maruan Azarkan karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu “Neftçi”yə keçmək üzrədir.

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan ayrılan Mərakeş əsilli sağ vinger hazırda klubsuzdur. “Neftçi” Azarkanla danışıqları davam etdirir. Lakin hələlik konkret razılıq əldə olunmayıb. “Ağ-qaralar”ı bu məsələdə arxayınlaşdıran yeganə məqam futbolçuya başqa rəsmi təklifin olmamasıdır.

Qeyd edək ki, Maruan Azarkan “Əl-Nəsr”ə 2024-cü ildə “Utrext”dən 1 milyon avroya keçmişdi. O, “Feyenoord”un yetirməsidir.


Paylaş: