"Sabah"da braziliyalı hücumçu

  • Dünən, 10:12

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, braziliyalı hücumçu Karlos Eduardo bundan sonra "bayquşlar"ın uğurları üçün mübarizə aparacaq.

24 yaşlı forvard Portuqaliyanın “Jil Visente” klubundan 1 illik icarəyə götürülüb. İcarə müqaviləsində “Sabah”ın futbolçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.

Karlos Eduardo karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun B və əsas komandalarında (2021–2024), həmçinin “Felqeyraş”da (2024–2025) çıxış edib.


Paylaş: