Dörd hakimimiz dünya çempionatında

  • 25 İyul 2026, 11:44

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaqlar.

Ümumilikdə dünya çempionatında 68 hakim görüşləri idarə edəcək.


Paylaş: