Dünyanın ən güclüləri Bakıya gəlir

  • 13 Avqust 2026, 17:45

Avqustun 27-29-da Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.

Sportlife.az xəbər verir ki, hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil ediləcək.

Avqustun 27-də baş tutacaq U-17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq. Oğlanlar arasında 60, 70, 80 və 90, qızlar arasında isə 45, 55, 65 və 75 kq-da qaliblər müəyyənləşəcək.

Avqustun 28-29-da isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq. Kişilər 70, 80, 90 və +90, qadınlar isə 50, 60, 70 və +70 kq-da çıxış edəcəklər.

Ümumilikdə 34 ölkədən 200-dən artıq idmançı Xəzər dənizinin sahilində uğur qazanmağa çalışacaq.


Paylaş: