"Sabah"dan I Liqa klubuna
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Həmzəalı Mikayılov klubunu dəyişib.
Sportlife.az xəbər verir ki, I Liqa klubu "Şahdağ Qusar" müdafiəçini "Sabah"dan icarəyə götürdüyünü açıqlayıb.
20 yaşlı oyunçu mövsümün sonunadək bölgə təmsilçisinin formasını geyinəcək.