"Sabail"də fransalı futbolçu
"Səbail" heyətinə Fransa III Liqasından futbolçu qatıb.
Sportlife.az xəbər verir ki, Azərbaycan I Liqası təmsilçisi Sofyan Budraa ilə anlaşıb. 23 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, fransalı oyunçu son olaraq Fransa III Liqasında "Oban Eyr Bel" klubunda çıxış edib.