"Səbail"də daha bir Əmirquliyev

  • 18 Avqust 2026, 15:16

Azərbaycanın I Liqa təmsilçisi "Səbail" Rail Əmirquliyevi heyətinə qatıb.

Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 ildir.

Qeyd edək ki, 2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirən paytaxt təmsilçisinin yeni oyunçusu son olaraq "Şahdağ Qusar"da çıxış edib.


Paylaş: