Avropa çempionatı: Millimiz 1/8 finalda

  • 20 May 2026, 16:16

Azərbaycanın qadınlardan ibarətət kamandan oxatma millisi Avropa çempionatında 1/8 finala yüksəlib.

Sportlife.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən turnirdə Çexiya yığmasını 6:2 hesabı ilə üsətələyən komanda adını növbəti mərhələyə yazdırıb.

Yığma sabah 1/8 finalda İtaliya ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova yer alıb.


Paylaş: