UFC: Tank" ilk qələbəsini Bakıda qazandı

  • 27 İyun 2026, 18:07

Azərbaycanın MMA idmançısı Tahir Abdullayev (77,33 kq) Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində qələbə qazanıb.

Sportlife.az xəbər verir ki, yarımorta çəkidə braziliyalı Ceferson Nasimento (77,56) ilə üz-üzə gəlib.

Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.

Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.


Paylaş: