AFFA millimizə rəqib tapdı

  • 17 İyul 2026, 12:47

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib.

Sportlife.az xəbər verir ki, A milli sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq. Oyun “Palms Sports Arena”da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.


Paylaş: