Türklər futbolçumuza inanır
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin “Erzurumspor”a keçidi rəsmiləşib.
Sportlife.az xəbər verir ki, Türkiyə mətbuatının iddiasına görə, 23 yaşlı hücumçu yaxın müddətdə ölkənin “4 böyüklər”indən birinə keçəcək potensiala malik futbolçudur. Təbii ki, bunun üçün “Erzurumspor”da özünü doğrultmalıdır.
Qeyd edək ki, müqavilə ilə ABŞ-nin “Kolambus Kru” klubuna məxsus olan Axundzadənin “Erzurumspor”a icarə əsasında qoşulduğu bildirilir.