Quluzadə İsveçə yollandı

  • 3 İyun 2026, 14:15

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışda qüvvəsini sınayacaq.

Sportlife.az xəbər verir ki, istedadlı idmançı iyunun 4-dən 7-dək İsveçin Helsinborq şəhərində təşkil olunacaq "WTT Youth Contender" turnirinə qatılacaq.

Onur, həmçinin Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.


Paylaş: