Bakıda 2-ci qələbə

  • 24 Avqust 2026, 17:49

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.

Sportlife.az xəbər verir ki, Niderland seçməsi Portuqaliyanı məğlub edib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma 3:0 (25:21, 25:18, 25:23) hesabı ilə bitib. "Narıncılar" I turda Rumıniyanı 3:2 hesabı ilə üstələyib.

Günün 2-ci görüşündə Azərbaycan millisi Rumıniyanı sınağa çəkəcək. Matç saat 18:30-da başlayacaq.

Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.


Paylaş: