Həmyerlimiz Avropa çempionatında

  • 3 Sentyabr 2026, 16:17

Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova U-20 Avropa çempionatında CEV-in Tibb Nümayəndəsi (Medical Delegate) kimi fəaliyyət göstərir.

Sportlife.az xəbər verir ki, sentyabrın 3-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən yarışda V.Kazımova iştirakçıların və hakimlərin tibbi təhlükəsizliyinin təmin olunmasına, tibbi xidmətlərin təşkilinə və yarış zamanı müvafiq məsələlərin koordinasiyasına nəzarət edir.

CEV-in Tibb Komissiyasının üzvü olan azərbaycanlı mütəxəssis turnir çərçivəsində tibbi protokolların icrasını və zəruri tibbi tədbirlərin təşkilini də koordinasiya edir.


Paylaş: