Millimiz Belçikaya qarşı

  • 26 Avqust 2026, 10:43

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün Belçika ilə qarşılaşacaq.

Sportlife.az xəbər verir ki, matç 18:30-da start götürəcək.

Qrupun digər oyununda, saat 15:30-da İspaniya və Portuqaliya yığmaları qarşılaşacaq.

Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq. Faiq Qarayevin baş məşqçi olduğu Azərbaycan millisi 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik Niderland birinci, Belçika isə ikincidir.


Paylaş: